Böyük həcmli və beynəlxalq daşımalar üçün dəniz yolu ilə yükdaşıma iqtisadi baxımdan ən sərfəli və effektiv yollardan biridir. Truck Transport sizə konteynerlərlə tam (FCL) və qismən (LCL) dəniz daşımaları təqdim edir, bu da yüklərinizin təhlükəsiz şəkildə limandan-limana çatdırılmasına imkan yaradır.
Xidmətin üstünlükləri:
- Böyük həcmli yüklər üçün ideal seçim
- Minimum nəqliyyat xərcləri
- Qlobal limanlarla geniş əlaqə şəbəkəsi
- Peşəkar sənədləşmə və gömrük xidmətləri
- Yüklərin konteynerlərlə tam qorunması
Avropa, Asiya, Amerika və digər dünya limanlarına təhlükəsiz və planlı çatdırılma ilə biznesinizin qlobal rəqabət gücünü artırırıq.